Azranking.az: “Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi” işçi qrupunun iclası keçirilib

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Dünya Bankının “Əlverişli Biznes Mühiti” layihəsinin “Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi” işçi qrupunun növbəti iclası keçirilib.

İclasda Dünya Bankı tərəfindən təqdim olunan yeni “Business Ready” hesabatının “Mübahisələrin həlli” indikatoru üzrə sorğu vərəqəsi və qiymətləndirmə nəticələrinə dair arayış müzakirə edilib.

Onlayn platforma üzərindən təşkil edilən iclasda Ədliyyə Nazirliyinin, Bakı Apellyasiya Məhkəməsinin, Mediasiya Şurasının, Vəkillər Kollegiyasının nümayəndələri və işçi qrupunun digər üzvləri iştirak edib.

İclas zamanı sorğu vərəqəsindəki suallar üzrə mümkün maksimum balın toplanması və daha yaxşı nəticələrin əldə olunması məqsədilə müvafiq tədbirlər görülməsi qərara alınıb.

Tədbir qarşılıqlı müzakirələr şəraitində davam etdirilib, görüş iştirakçılarının sualları cavablandırılıb.

Related posts

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Azərbaycanın IV Könüllü Milli Hesabatı BMT-yə təqdim edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı