Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azranking.az: “Sərhəddə ticarət üzrə dövlət xidmətlərinin səmərəliliyinin artırılması” altqrupunun iclası keçirilib - BBN

Azranking.az: “Sərhəddə ticarət üzrə dövlət xidmətlərinin səmərəliliyinin artırılması” altqrupunun iclası keçirilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Biznes mühiti və Beynəlxalq reytinqlər üzrə Komissiyanın “Beynəlxalq ticarət” işçi qrupunun “Sərhəddə ticarət üzrə dövlət xidmətlərinin səmərəliliyinin artırılması” altqrupunun iclası keçirilib.

Aidiyyəti dövlət qurumlarının məsul şəxsləri ilə yanaşı özəl sektor nümayəndələrinin də iştirak etdiyi görüşdə Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri tərəfindən “Sərhəddə ticarət üzrə dövlət xidmətlərinin səmərəliliyinin artırılması” altqrupunun fəaliyyət istiqamətləri və bu kontekstdə qarşıda duran əsas hədəflər barədə ümumi məlumat verilib.

İclas zamanı iştirakçılar beynəlxalq ticarətin asanlaşdırılması və biznes mühitinin yaxşılaşdırılması baxımından Dünya Bankı Qrupunun “Business Ready” layihəsinin “Beynəlxalq ticarət” indikatoruna aid sorğu vərəqəsi üzrə bütün sualları yenidən nəzərdən keçirməklə “Sərhəddə ticarət üzrə dövlət xidmətlərinin səmərəliliyinin artırılması ilə bağlı 2024-cü il üçün Yol Xəritəsi”nin layihəsinə daxil edilməsi məqsədilə tədbirlərin formalaşdırılması istiqamətində müzakirələr aparıb.

Eyni zamanda, biznes mühitinin əlverişliliyinin artırılması ilə iqtisadi təhlükəsizliyin təmin edilməsi, idxal-ixrac əməliyyatlarının sadələşdirilməsi, sağlam iqtisadi rəqabətlilik mühitinin yaradılması və xarici ticarət iştirakçıları üçün əlverişli biznes şəraitinin formalaşdırılması istiqamətində mütəmadi tədbirlərin həyata keçirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

Sonda, “Sərhəddə ticarət üzrə dövlət xidmətlərinin səmərəliliyinin artırılması ilə bağlı 2024-cü il üçün Yol Xəritəsi”nin layihəsinin ən qısa müddətdə yekun formasının hazırlanması və təqdim edilməsinin vacibliyi

Related posts

“Enterprise Azerbaijan” portalının “Startup School 4” layihəsinin Asiya qitəsi üzrə tərəfdaşları elan edilib

Azərbaycanın nəqliyyat sahəsindəki təcrübəsi növbəti dəfə beynəlxalq səviyyədə nümunə kimi təqdim olunub

Maliyyə Nazirliyi “e-müqavilə” altsisteminin tətbiqinə başlayıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı