2025-ci ilin yanvar-iyul aylarında “AzStateNet” şəbəkəsində ümumilikdə 314,88 milyon zərərli keçidin qarşısı alınıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 38 % azalma deməkdir.
BBN.az xəbər verir ki, hesabat dövründə son istifadəçilərin cihazlarında quraşdırılmış mərkəzi antivirus sistemi vasitəsilə 15 milyon 846 min 700, “Sandbox” mühafizə sistemi vasitəsilə isə 62 min 667 zərərli tərkibli elektron sənəd bloklanıb. Müvafiq olaraq bu rəqəmlər ötən ilin göstəriciləri ilə müqayisədə mərkəzi antivirus üçün 6 dəfə çox, “Sandbox” sistemi üzrə isə 62 % azdır.
Qeyd edək ki, 2024-cü il ərzində “AzStateNet” şəbəkəsi üzrə 814,37 milyon zərərli keçid bloklanmış, mərkəzi antivirus sistemi 4 milyon 480 min 400, “Sandbox” isə 195 min 82 zərərli sənədin yayılmasının qarşısını almışdı.