Bəhruz Nağıyev “PAŞA Bank”ın “2024-2026-ci illər üzrə İnkişaf Strategiya”sını açıqlayıb

“İlk növbədə korporativ sektorda bazar mövqeyimizi – korporativ bank adını qoruyub saxlamaqdır. 3 illik İnkişaf Strategiyamızda ikinci Kiçik və Orta sahibkarlıq seqmenti (KOS) üzrə bazar payımızı 2 qat artırmaq hədəfimizdir və cari ildə bu istiqamətdə də ciddi addımlar atmışıq”. 

Bu sözləri “PAŞA Bank”ın İdarə Heyəti sədrinin müavini Bəhruz Nağıyev jurnalistlər üçün təşkil edilmiş mətbuat konfransında BBN.az-ın “PAŞA Bank”ın 2024-2026-cı illər üçün yeni İnkişaf Strategiyası üçün prioritetlər hansılardır və hansı məsələlər AMB-nin 2024-2026-cı illər maliyyə sektorunun İnkişaf Strategiyası ilə səsləşir sualına cavab olaraq bildirib.  

“Üçüncü rəqəmsal bankçılıqdır və çalışırıq ki, bu kanalın vasitəsiə KOS seqmentində daha çox artım əldə edək, düşünürük ki, adıçəkilən seqmentin rəqəmsal həllərə ehtiyacı var. Əgər biz rəqəmsal bankçılıqdan danışırıqsa, informasiya texnologiyaları (İT) və kibertəhlükəsizlik sahələrinə yetərli investisiya etməliyik, bu sahəyə kifayət qədər investisiya qoymuşuq ki, bank və müştəri məlumatlarının təhlükəsizliyini təmin edə bilək. Beşincisi yuxarıda da qeyd etdiyim kimi aqressiv hədəflərimiz varsa, riskləri də nəzərə almalıyıq və nəzarətdə saxlamalıyıq. Mərkəzi Bankın da 2024-2026-ci illəri əhatədə edən maliyyə sektorunun İnkişaf Strategiyasında da risk məsələlərinə geniş yer verilmişdir”. 

“Sonda özəl bankçılıq ilə əlaqəli bazar payımızı artırmaq və müştərilərimizə aktivlərin idarəediməsini bir xidmət olaraq təmin etməkdir”, – deyə Bəhruz Nağıyev sözlərinə əlavə edib. 

Related posts

ABA-nın “ESİ və Dayanıqlı bankçılıq Ekspert Qrupu”nun növbəti görüşü keçirilmişdir

ABB mobile tətbiqi ilə karbon izini nəzarətdə saxla!

BOKT “İnternational” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı