Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Bəzi iqtisadi cinayətlərə görə dövlətə ödəniş tələbi azaldılır - BBN

Bəzi iqtisadi cinayətlərə görə dövlətə ödəniş tələbi azaldılır

Azərbaycanda iqtisadi fəaliyyət sahəsində törədilən bəzi cinayətlərə görə cinayət məsuliyyətindən azadolma şərtləri yumşaldılır.

BBN.az xəbər verir ki, bununla bağlı dəyişiklik Milli Məclisin bugünkü iclasında müzakirə edilən Cinayət Məcəlləsinə dəyişiklik layihəsində əksini tapıb və sənəd üçüncü oxunuşda qəbul edilib.

Qanun layihəsinə əsasən, qanunsuz sahibkarlıq, yalançı sahibkarlıq, rəqabəti məhdudlaşdırma və digər iqtisadi cinayətləri törətmiş şəxslər vurulmuş ziyanı tam ödədikdə və ya cinayət nəticəsində əldə edilmiş gəliri tam şəkildə dövlət büdcəsinə köçürdükdə əlavə olaraq əvvəlki kimi ziyanın və ya əldə edilmiş gəlirin 100 %-i deyil, 50 %-i həcmində ödəniş etdikləri halda cinayət məsuliyyətindən azad ediləcəklər.

Dəyişikliklər yalançı sahibkarlıq anlayışının əhatə dairəsini də genişləndirir. Belə ki, qanunsuz şəkildə kredit əldə etmək, rüsumlardan yayınmaq, digər əmlak mənfəəti qazanmaq və ya qadağan olunmuş fəaliyyəti gizlətmək məqsədilə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq niyyəti olmadan fiziki şəxs kimi vergi uçotuna alınma, eləcə də bu məqsədlə hüquqi şəxsin və ya vergi uçotunda olan fiziki şəxsin fəaliyyətinin faktiki idarə edilməsi də yalançı sahibkarlıq hesab olunacaq.

Qeyd edək ki, qanun layihəsi Milli Məclisdə keçirilən müzakirələrdən sonra səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

banker.az

Related posts

Azərbaycan və Koreya dövlət maliyyəsinin rəqəmsallaşdırılması üzrə yeni memorandum imzalayıb

İpoteka kreditləri ilə bağlı yeni statistika: orta məbləğ və faiz açıqlanıb

Azərbaycanda “Yaşıl Kart” üzrə 20 mindən çox müqavilə bağlanılıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı