Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Bakcell abunəçiləri “NaviMax”la övladlarının təhlükəsizliyinə nəzarət edə biləcək - BBN

Bakcell abunəçiləri “NaviMax”la övladlarının təhlükəsizliyinə nəzarət edə biləcək

Bakcell şirkəti “NaviMax” tətbiqi ilə yeni xidmətini istifadəyə verir. “Navimax” əsasən, uşaqların və ailə üzvlərinin fəaliyyətini izləmək üçün nəzərdə tutulan tətbiqdir.

Bakcell abunəçiləri bu tətbiq vasitəsilə, övladlarını məktəb, bağça və digər yerlərdə rahatlıqla izləyə, onların təhlükəsizliyinə tam nəzarət edə biləcəklər. Valideynlər övladlarının mobil cihazını öz dost obyektləri siyahısında qeydiyyatdan keçirməklə, onların hərəkət trayektoriyasından xəbərdar olacaqlar.

Valideynlər “NaviMax”la övladlarının hərəkət radiusu üçün koordinatlar təyin edə, icazə verilən hərəkət poliqonundan uzaqlaşma anında mobil bildiriş alma imkanına sahib olacaqlar.

Xidmətin aktivləşdirilməsi və deaktivləşdirilməsi tətbiq vasitəsilə həyata keçirilir.  Bakcell abunəçiləri 3020 qısa nömrəsinə SMS göndərməklə, tətbiqlə bağlı məlumat və link əldə edə bilərlər. Xidməti deaktiv etmək üçün isə, 3020 qısa nömrəsinə “STOP” yazıb göndərmək kifayətdir.

Bakcell abunəçiləri tətbiqdən 1 həftə pulsuz istifadə edə biləcəklər. Pulsuz istifadə dövrü başa çatdıqdan sonra, ödənişli abunəlik avtomatik aktivləşdirilir. Tətbiqə abunəlik haqqı aylıq (30 gün) 1 AZN təşkil edir.

Bakcell şirkəti hazırda “Bakcell ilə ən sürətli ol” şüarı ilə genişmiqyaslı kampaniya həyata keçirir.

Xatırladaq ki, şirkət NEQSOL Holding-in tərkibinə daxildir.

Related posts

“Alphabet” 100 illik istiqrazlar buraxmağı planlaşdırır

“Morgan Stanley”: Texnologiya şirkətlərinin səhmləri daha da yüksələ bilər

Avropa İttifaqı “WhatsApp”da süni intellektə çıxışın məhdudlaşdırılmasını araşdırır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı