Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Bakı Fond Birjası Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) üzvlüyünə qəbul olunmuşdur - BBN

Bakı Fond Birjası Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) üzvlüyünə qəbul olunmuşdur

7 yanvar 2024-cü il tarixində Bakı Fond Birjası Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) üzvlüyünə qəbul edilmişdirr. Ötən ilin dekabr ayında tərəflər arasında ilkin görüşlər keçirilmiş və əməkdaşlığın aparılmasına qərar verilmişdir

Qeyd edək ki, Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) ölkəmizdə 2012-ci ildən fəaliyyət göstərir. Fəaliyyətə başladığı ildən etibarən AHK Azərbaycan şirkətlərə bazar və biznes araşdırmaları ilə bağlı məlumat və lazımi dəstək verir.

Bazar və müştəri-yönümlü xidmətlər göstərən AHK Azərbaycan konsaltinq şirkəti Almaniya və Azərbaycan şirkətlərinin iqtisadi maraqlarını dəstəkləyir. AHK Azərbaycan tərəfindən təklif olunan xidmətlər tərəfdaşlıq vasitəçiliyindən, eləcə də bazara giriş ilə bağlı məsləhətlərdən tutmuş yerli biznes iştirakının təşkilinə qədər çox böyük bir sahəni əhatə edir.

Related posts

PASHA Holding-də yeni təyinat olub

Azərbaycan Banklar Assosiasiyasının nümayəndə heyəti Pekində Çin Banklar Assosiasiyası ilə strateji tərəfdaşlıq məsələlərini müzakirə edib

Azərbaycan Mərkəzi Bankı iki bankı cərimələdi

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı