“Bakı Fond Birjası” QSC “İlin Ən Yaxşı Alternativ İnvestisiya Təklifləri” nominasiyasına layiq görülüb

12 oktyabr 2023-cü il tarixində Böyük Britaniyanın nüfuzlu “International Finance Magazine” (IFM) platforması tərəfindən maliyyə və biznes kateqoriyaları üzrə 2023-cü ilin qalibləri müəyyən edilib. Hər il fərqli sektorlar üzrə qaliblərin elan olunduğu platformada bu il “Bakı Fond Birjası”QSC “İlin Ən Yaxşı Alternativ İnvestisiya Təklifləri” (“Best Alternative Investment Offerings”) nominasiyasında mükafata layiq görülüb.

Qeyd edək ki, 2016-cı ildən “International Market Metrics” (Beynəlxalq Bazar Metrikləri) adlı təlim bölməsini təsis edən IFM aparıcı bazarlarda geniş bazar araşdırmaları və sektor tələblərinin təhlili əsasında korporativ təlimlər keçirir.

Related posts

“Level Leasing” ASC-nin səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaqdır

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Qızıl yenidən bahalaşıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı