Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Bakı Fond Birjası UNEC tələbələri üçün “Azərbaycanın makro, mikro iqtisadi və kapital bazarlarına dair bülletenin təqdimatı”nı təqdim edib - BBN

Bakı Fond Birjası UNEC tələbələri üçün “Azərbaycanın makro, mikro iqtisadi və kapital bazarlarına dair bülletenin təqdimatı”nı təqdim edib

8 aprel 2026-cı il tarixində “Auditoriyada məzun var” layihəsi çərçivəsində Bakı Fond Birjasının Analitiki və UNEC məzunu Nərmin Bayramlı UNEC tələbələri ilə görüş keçirib.

Görüş zamanı Nərmin Bayramlı tələbələr üçün “Azərbaycanın makro, mikro iqtisadi və kapital bazarlarına dair bülletenin təqdimatı”nı təqdim edərək, bazarın əsas göstəriciləri, dinamikası və inkişaf trendləri barədə ətraflı məlumat verib.

UNEC-in əsas tədris binasında Bakı Fond Birjasının dəstəyi ilə yaradılmış “Maliyyə laboratoriyası” 2015-ci ildən fəaliyyət göstərir. Əməkdaşlıq çərçivəsində “Maliyyə laboratoriyası”nda layihə, təlim və seminarların təşkil edilməsi, BFB mütəxəssislərin təcrübəsinin paylaşılması, BFB-də mövcud olan aktiv vakansiyalar və təcrübə proqramları haqda məlumatlandırılması məqsədilə “UNEC”də “Karyera günləri”nin keçirilməsində iştirakı nəzərdə tutulub.

Bakı Fond Birjası və UNEC tələbələrin peşəkar inkişafına dəstək olmaq məqsədilə bu cür əməkdaşlıq tədbirlərini davam etdirməyi planlaşdırır.

Related posts

“Allianz Trade” Azərbaycanın reytinqini yüksəltdi

Azərbaycan Respublikasının Mərkəzi Bankının 168 günlük Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

Azərbaycan Respublikasının Mərkəzi Bankının 28 günlük Qısamüddətli Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı