Bakı Fond Birjasında “AccessBank” QSC-nin istiqrazlarının “Açılış Zəngi” tədbiri keçirilib

28 iyun 2024-cü il tarixində Bakı Fond Birjasında növbəti “Açılış Zəngi” tədbiri AccessBank-ın manat istiqrazlarının kapital bazarında ticarətə buraxılması münasibətilə təşkil edilib.

Belə ki, AccessBank kapital bazarında yerli valyutada yeni maliyyə alətlərinin buraxılışını həyata keçirir. Açılış zəngi tədbiri ilə bankın 5 000 000 (beş milyon) manat həcmində istiqrazlarının yerləşdirilməsinə başlanıldı.

Qeyd edək ki, təklif edilən istiqrazların hər birinin nominal dəyəri 1000 manat, illik faiz dərəcəsi 10%, ödəniş dövrü 90 gündən bir, tədavül müddəti 18 aydır. Sənədsiz, adlı, istiqraz faizli, təmin edilməmiş istiqrazların yerləşdirmə üzrə anderrayteri ABB-İnvest İnvestisiya şirkətidir.

Tədbirin sonunda emitent – AccessBank, Bakı Fond Birjası və ABB-İnvest İnvestisiya şirkətinin nümayəndələri tərəfindən istiqrazların ilkin bazarda ticarətə buraxılışını simvolizə edən zəng çalınıb. Beləliklə, istiqrazların Bakı Fond Birjasının ticarət platformasında ticarətinə başlanılıb.

Related posts

Növbəti valyuta hərracı keçirilib

“Level Leasing” ASC-nin səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaqdır

Bankların xalis mənfəətinin həcminə görə renkinqi – II rüb/2024

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı