Bakı Fond Birjasında “CPM İnvestisiya Şirkəti” ASC-nin səhmlərinin yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

23 dekabr 2022-ci il tarixində ticarətə buraxılan “CPM İnvestisiya Şirkəti” ASC-nin AZ1001023204 dövlət qeydiyyat nömrəli, 400,000 (dörd yüz min) manat həcmində, faizli təmin edilməmiş adi adlı sənədsiz səhmlərinin abunə yazılışı üzrə yerləşdirilməsi Bakı Fond Birjasında yekunlaşmışdır.

Abunə yazılışı zamanı anderrayterə  1 investor tərəfindən 1 sifariş təqdim edilmişdir.

Abunə yazılışı üzrə toplanmış sifarişlərin nominal qiymətlə ümumi məbləği 400,000 manat təşkil etmişdir. Səhmlərin nominal qiymətlə yerləşdirilmiş həcmi isə 400,000 manat təşkil etmişdir.

Yerləşdirmə üzrə anderrayter “CPM İnvestisiya Şirkəti” ASC-dir.

Related posts

Qızılın bahalaşması davam edir

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

“Level Leasing” ASC-nin səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaqdır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı