Bakı Fond Birjasında gender bərabərliyinə həsr edilmiş “Açılış Zəngi” keçiriləcək

Bakı Fond Birjası 2020-ci ildə BMT-nin Dayanıqlı Fond Birjaları Təşəbbüs Qrupu (UN SSE) və Dünya Birjalar Federasiyası (WFE) ilə əməkdaşlığa başlamışdır. Bu əməkdaşlığın nəticəsi olaraq, 7 mart 2023-cü il tarixində Bakı Fond Birjası təşkilatçılığı ilə “Gender Bərabərliyi üçün Açılış Zəngi” tədbiri keçiriləcəkdir. Qlobal keçirilən “Açılış Zəngi” mərasimlərinin məqsədi Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün gender bərabərliyinin inkişafında özəl sektorun oynaya biləcəyi əsas rola diqqəti cəlb etmək və Qadınların Səlahiyyətlərinin Artırılması Prinsipləri (Women’s Empowerment Principles) haqqında məlumatlılığı artırmaqdır.

Qeyd edək ki, hər il BMT-nin Dayanıqlı Fond Birjaları Təşəbbüs Qrupu və Dünya Birjalar Federasiyası mart ayının ilk həftəsində üzvləri olan birjalar ilə birlikdə “Gender Bərabərliyi üçün Açılış Zəngi” tədbiri həyata keçirdirlər. Bu il dünyada 114 fond birjası tərəfindən “Gender Bərabərliyi üçün Açılış Zəngi” tədbiri həyata keçiriləcəkdir.

Related posts

“Level Leasing” ASC-nin səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaqdır

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Qızıl yenidən bahalaşıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı