Bakı Fond Birjasında ilk dəfə səhm üzrə repo əməliyyatları həyata keçirilib

“Bakı Fond Birjası” QSC-nin (Birja) ticarət platformasında ilk dəfə olaraq səhmlərlə repo əqdləri bağlanıb. 26.02.2020-ci il tarixində “AzFinance İnvestisiya Şirkəti” QSC-nin vasitəçiliyi ilə iki emitentə məxsus səhmlər üzrə repo əməliyyatı keçirilib.

Kapital bazarları iştirakçıları tərəfindən qısamüddətli vəsait cəlbində səhmlərdən də aktiv istifadə olunmağa başlanmışdır. Qeyd edilməlidir ki, indiyədək repo əməliyyatların predmeti əsasən dövlət və korporativ istiqrazlar olmuşdur. Ümumilikdə son illərdə repo əməliyyatlarında əhəmiyyətli artım tempi müşahidə olunmuşdur. Belə ki, 2018-ci ildə Birjada repo əməliyyatların həcmi 612 milyon manat olmuş, 2019-cu ildə isə dövriyyə 83% artaraq 1,1 milyard manatı ötmüşdür.

Repo əməliyyatı – repo predmeti olan investisiya qiymətli kağızlarının əvvəlcədən müəyyən edilmiş şərtlərlə geri satın alınması (satılması) öhdəliyi ilə satılmasıdır (alınmasıdır). Repo əməliyyatları investorlar üçün qısamüddətli borc cəlb etmə imkanları təqdim edir. Bazar iştirakçıları Birjanın ticarət platformasında repo əqdləri bağlayaraq qısamüddətli maliyyə ehtiyaclarını təmin edə bilərlər.

Hazırda Birjada 23 alətlə repo aparmaq mümkündür. Repo predmeti olan qiymətli kağızların siyahısı ilə keçid vasitəsilə tanış olmaq mümkündür.

Related posts

Əmtəə bazarlarında qızıl ucuzlaşıb, gümüş isə bahalaşıb

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (03.06.2024)

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı