Bakı Fond Birjasında “Legion Financial” ASC-nin səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi yekunlaşmışdır

26 fevral 2024-cü il tarixində Bakı Fond Birjasında Legion Financial” ASC-nin AZ1001025464 dövlət qeydiyyat nömrəli 95 000 (doxsan beş min) manat həcmində, adi adlı sənədsiz səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi yekunlaşmışdır.

Abunə yazılışı zamanı anderrayterə 1 investor tərəfindən 100 manat qiymətindən 1 sifariş təqdim edilmişdir.

Abunə yazılışı üzrə toplanmış sifarişlərin nominal qiymətlə ümumi məbləği 95 000 manat təşkil etmişdir. Səhmlərin nominal qiymətlə yerləşdirilmiş həcmi isə 95 000 manat təşkil etmişdir.

Yerləşdirmə üzrə anderrayter “Assist Finance İnvestisiya Şirkəti” ASC -dir.

Related posts

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Növbəti valyuta hərracı keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı