“Bakı Fond Birjasında Listinq və Listinq Məsləhət Proqramı” mövzusunda onlayn sertifikatlı təlim keçirilmişdir

19 oktyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankı, Bakı Fond Birjası, ABB-İnvest investisiya şirkəti və Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu tərəfindən yerli şirkətlər üçün “Bakı Fond Birjasında Listinq və Listinq Məsləhət Proqramı” mövzularında onlayn sertifikatlı təlim keçirilmişdir.

Təlimdə Azərbaycan Respublikasının Mərkəzi Bankı, Bakı Fond Birjası və ABB-İnvestisiya Şirkətinin əməkdaşları tərəfindən kapital bazarı ilə bağlı ümumi məlumat, qiymətli kağızların buraxılışı, onların birjada listinqə alınması proseduru və Listinq Məsləhət Proqramı ilə bağlı ətraflı məlumat verilmişdir. Tədbirin əsas məqsədi yerli şirkətlərə alternativ maliyyələşmə üsullarını təqdim etmək və bu istiqamətdə beynəlxalq təcrübəni bölüşməkdir.

Qeyd edək ki, Bakı Fond Birjası əməkdaşlıq etdiyi investisiya şirkətləri və Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu ilə birlikdə kapital bazarı haqqında məlumatlılığın artırılması, yerli biznes mühitində qiymətli kağız buraxılışı təcrübəsinin aşılanması və fond birjasında listinqin təşviq edilməsi məqsədi ilə mütəmadi olaraq ödənişsiz təlimlər təşkil edir.

Təlimlə bağlı suallarınız olarsa info@bse.az elektron poçt ünvanı və ya (012) 498 98 20 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Related posts

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Növbəti valyuta hərracı keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı