Bakı Fond Birjasında “Optimal Elektronika” MMC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

9 dekabr 2021-ci il tarixində Bakı Fond Birjasında “Optimal Elektronika”MMC-nin tədavül müddəti 18 (on səkkiz) təqvim ayı olan AZ2002023599 dövlət qeydiyyat nömrəli, 2,500,000.00 AZN həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.

 Hərrac zamanı 6 investor tərəfindən 6 sifariş təqdim edilmişdir. İstiqrazın illik faiz dərəcəsi 12 % , faiz ödənişləri 6 təqvim ayından bir olmaqla investorlara ödənilir.

  Sifarişlərin nominal qiymətlə ümumi məbləği 2,500,000.00 AZN təşkil etmişdir. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 2,500,000.00 AZN təşkil etmişdir.

İstiqrazların ödəmə tarixi 5 iyun 2023-cü il.

Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı