Bakı Fond Birjasında “Optimal Elektronika” MMC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

23 noyabr 2021-ci il tarixində Bakı Fond Birjasında “Optimal Elektronika”MMC-nin tədavül müddəti 18 (on səkkiz) təqvim ayı olan AZ2001023590 dövlət qeydiyyat nömrəli, 2,500,000.00 AZN həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.

Hərrac zamanı 5 investor tərəfindən 5 sifariş təqdim edilmişdir. İstiqrazın illik faiz dərəcəsi 12 % , faiz ödənişləri 6 təqvim ayından bir olmaqla investorlara ödənilir.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 2,500,000.00 AZN təşkil etmişdir. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 2,500,000.00 AZN təşkil etmişdir.

Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.

Related posts

Energetika naziri Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı