Bakı Fond Birjasında Socar istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

1 noyabr 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ümumi dəyəri 100,000,000 (yüz milyon) ABŞ dolları olan istiqrazları yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir.

Qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir. Yerləşdirmə üzrə əsas anderrayter “PSG-Kapital İnvestisiya Şirkəti” QSC-dir. Bakı Fond Birjasının üzvü olan bütün investisiya şirkətləri abunə yazılışında iştirak edəcəkdir.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin hesabatlılığı” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Dövlət qeydiyyat nömrəsi – İSİNİstiqrazların növü və formasıİstiqrazların sayıNominal Dəyəriİllik faiz dərəcəsi
Hərrac tarixi
Tədavül müddətiKupon faizlərinin ödəniş müddəti
AZ2002019894Faizli, təmin edilməmiş, sənədsiz adlı100,000(ədəd)1,000USD4.5 %
01.11.2021
5 ilHər 3 (üç) aydan bir

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilmişdir.

Related posts

Əmtəə bazarlarında qızıl ucuzlaşıb, gümüş isə bahalaşıb

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (03.06.2024)

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı