Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Bakı Fond Birjasında SOCAR İstiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir - BBN

Bakı Fond Birjasında SOCAR İstiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

1 noyabr 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) tədavül müddəti 5 (beş) təqvim ili olan AZ2002019894 dövlət qeydiyyat nömrəli, 100,000,000.00 ABŞ dolları həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.

Abunə yazılışı zamanı 754 investor tərəfindən 761 sifariş təqdim edilmişdir.

İstiqrazın illik faiz dərəcəsi 4.5%, faiz ödənişləri 3 aydan bir olmaqla investorlara ödəniləcək.

Abunə yazılışı üzrə sifarişlərin nominal qiymətlə ümumi məbləği 380,614,000.00 USD təşkil etmişdir. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 100,000,000.00 USD təşkil etmişdir.

Yerləşdirmə üzrə baş anderrayter “PSG-Kapital İnvestisiya Şirkəti” QSC-dir.

Related posts

Beynəlxalq əmtəə və fond bazarlarının göstəriciləri (20.02.2026)

Enerji bazarında kritik həftə – Qiymətlər daha da arta bilər

Beynəlxalq əmtəə və fond bazarlarının göstəriciləri (18.02.2026)

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı