2 noyabr 2021-ci il tarixində SOCAR Tower-də SOCAR İstiqrazlarının təkrar bazar əməliyyatlarına başlanılması və 2016-cı ildə buraxılmış ilkin istiqrazlarla bağlı hesabat tədbiri keçirilib
SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov çıxış edərək SOCAR İstiqrazlarının yaranma tarixçəsindən, ölkə iqtisadiyyatına töhfələrindən və buraxılmış yeni istiqrazlara investorların böyük marağından söz açıb. Tədbirdə iştirak edən Mərkəzi Bankın Kapital Bazarlarına Nəzarət Departamentinin direktor müavini Samir İsmayılov, Bakı Fond Birjasının Sədri Eldar Abdullayev SOCAR İstiqrazlarının qiymətli kağızlar bazarının inkişafında rolundan və digər korporativ istiqrazların emissiyasına qazandırdığı stimuldan bəhs etmiş, ilkin istiqrazların birjada ən çox investisiya edilmiş qiymətli kağız olduğunu vurğulamış, əksəriyyəti fiziki şəxslər tərəfindən satın alınmış 100 milyon dollar məbləğindəki yeni SOCAR İstiqrazlarının 1 noyabr tarixində birjada yerləşdirilməsini daxili kapital bazarlarının yeni bir uğuru kimi dəyərləndirmişdir.
Qeyd edək ki, 1 noyabr 2021-ci ildə Bakı Fond Birjasında 100 milyon dollar həcmində buraxılmış yeni Socar istiqrazlarına 380 milyon dollardan artıq tələb baş tutmuşdur.