Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Bakı Fond Birjası”nın nümayəndə heyəti Türkiyənin İstanbul şəhərinə səfər edib - BBN

“Bakı Fond Birjası”nın nümayəndə heyəti Türkiyənin İstanbul şəhərinə səfər edib

4-8 mart 2024-cü il tarixlərində “Bakı Fond Birjası”nın Müşahidə Şurasının sədri, İdarə Heyətinin sədri və nümayəndə heyəti İstanbul şəhərinə işgüzar səfər ediblər.

7 mart 2024-cü il tarixində “Bakı Fond Birjası”nın nümayəndə heyəti Türkiyənin fond birjası olan “Borsa İstanbul”-un nümayəndələri ilə görüş keçirib. Görüş zamanı Azərbaycanın kapital bazarının inkişafı istiqamətində təcrübələrin öyrənilməsi və tətbiqi müzakirə olunub, “Borsa İstanbul”-un beynəlxalq əlaqələr, strateji planlaşdırma, insan resurslarının idarə edilməsi, biznesin inkişafı, listinq, informasiya texnologiyaları, üzvlük münasibətləri, audit və nəzarət kimi müxtəlif işçi qrupları ilə təcrübə mübadiləsi aparılıb.

Səfər çərçivəsində “Bakı Fond Birjası”nın nümayəndə heyəti Türkiyənin kapital bazarının digər aparıcı şirkət və qurumları ilə də görüşərək əməkdaşlığın gələcək inkişaf perspektivlərini müzakirə edib.

Related posts

Ukrayna ilə iqtisadi əməkdaşlığın prioritet istiqamətləri müzakirə olunub

Yanvar-aprel aylarında Çin ilə ticarət dövriyyəsinin həcmi 1,5 milyard dolları üstələyib

Çağrı Mərkəzi və müştəri müraciətlərinin idarə edilməsi üzrə Gürcüstan səfəri başa çatmışdır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı