Bakı Fond Birjasının səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib

20 dekabr 2019-cu il tarixində “Bakı Fond Birjası” QSC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağında cəmiyyətin 2020-ci il üzrə büdcə layihəsi təsdiq olunub. Əlavə olaraq, cəmiyyətin müşahidə şurasının və audit komitəsinin tərkibində dəyişikliklər edilərək yeni üzvlər seçilib, o cümlədən birjanın fəaliyyəti bağlı digər məsələlərə müzakirə olunub.

Ümumi yığıncağın qərarına əsasən “Bakı Fond Birjası” QSC-nin Audit komitəsinə yeni üzv kimi Qədirov Namiq Natiq oğlu seçilib. Yığıncaqda həmçinin müşahidə şurasının üzvlüyünə aşağıdakı şəxslər seçilib:

  1. Həsənov Tural Nurəddin oğlu – “Unibank” Kommersiya Bankı ASC-nin Risklərin İdarəedilməsi departamentinin direktoru;
  2. Abdullayev Ceyhun Əliağa oğlu – “İnvest-AZ Yatırım Menkul Değerler” A.Ş.-nin Direktorlar Şurasının üzvü;
  3. Yusubov İlqar Fayuz oğlu – “Azər-Türk Bank” ASC-nin Xəzinədarlıq Departamentinin direktoru.

Related posts

Əmtəə bazarlarında qızıl ucuzlaşıb, gümüş isə bahalaşıb

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (03.06.2024)

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı