Bakı Fond Birjasının təşkilatçılığı ilə “Heydər Əliyev İli”-nə həsr edilmiş tədbir keçirilmişdir

29 sentyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi haqqında sərəncam imzalayıb. 2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur.

Bununla əlaqədar olaraq, Bakı Fond Birjasının təşkilatçılığı ilə 28 aprel 2023-cü il tarixində saat 10:00-12:00-da “Heydər Əliyev İli”-nə həsr edilmiş silsilə tədbirlər çərçivəsində mütəşəkkil kapital bazarının aktiv iştirakçısı olan Azərbaycan Respublikasının Mərkəzi Bankı, Milli Depozit Mərkəzi, Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası və dəyərli üzvlərimiz olan İnvestisiya Şirkətlərinin iştirakı ilə birjanın inzibati binasında görüş keçirilmişdir.

Qeyd edək ki, Bakı Fond Birjası mütəmadi olaraq silsilə tədbirləri təşkil etməkdədir.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı