Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Bakı, Hacıqabul və Ağdamda yeni sosial xidmət müəssisələri yaradılacaq - BBN

Bakı, Hacıqabul və Ağdamda yeni sosial xidmət müəssisələri yaradılacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən 18 yaşınadək əlilliyi olan şəxslər üçün yeni sosial xidmət mərkəzləri yaradılacaq.

Yeni müəssisələrin Bakının Yasamal rayonunda, Hacıqabul və Ağdam rayonlarında yaradılması nəzərdə tutulub.

Yaxın vaxtlarda istifadəyə veriləcək 3 yeni ixtisaslaşmış sosial xidmət mərkəzlərində 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə sosial reabilitasiya xidmətləri göstəriləcək.

Bu mərkəzlərdə sosial işçi, psixoloq, sosial pedaqoq, loqoped və aktiv terapevt tərəfindən əlilliyi olan şəxslərin reabilitasiya ehtiyaclarının qiymətləndirilməsi aparılacaq.

Qeyd edək ki, bu müəssisələrdə göstərilən xidmətlər şəxslərdə ünsiyyət, özünəxidmət və sadə əmək vərdişlərinin formalaşmasını, çatışmazlıqların korreksiyasını, onların sosial statusunun bərpa edilməsini və cəmiyyətə inteqrasiyasını təmin edir.

Burada mütəmadi olaraq valideynlərin bilik və bacarıqlarının artırılması məqsədilə fəaliyyət və tədbirlər də həyata keçirilir.

Son illərdə Abşeron, Sabunçu və Nərimanov rayonlarında da belə mərkəzlər istifadəyə verilib və ötən dövrdə bu xidmət vasitəsilə 18 yaşınadək əlilliyi olan 500-ə yaxın şəxsin reabilitasiyası uğurla başa çatıb.

Related posts

Özünüməşğulluq proqramı üzrə daha 120 nəfər müharibə veteranı üçün kiçik bizneslər qurulub

Azərbaycanda 4 ayda fərdi uçota 45 nəfər düşüb

Azərbaycanda güzəştli ipoteka kreditlərinə tələbat artır Mətn:

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı