Bakı Peşə Hazırlığı Mərkəzində “Məşğulluğa Dəstək Layihəsi” ilə bağlı görüş keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeleyindəki  Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə Hazırlığı Mərkəzində “Məşğulluğa Dəstək Layihəsi”inə dair məlumatlandırma görüşü keçirilib.

Görüşdə Nazirlik tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan layihənin hədəf və məqsədləri, əhatə dairəsi, Peşə Hazırlığı Mərkəzlərinin inkişaf strategiyası, peşə və kvalifikasiya standartlarının tətbiqi barədə məlumat verilib.

Əmək bazarının tələblərinə uyğun kadr hazırlığının və tələb olunan peşələr üzrə tədrisin əhəmiyyəti, peşə hazırlığı sisteminin təkmilləşdirilməsi və effektivliyinin artırılması, yeni təlim-tədris materiallarının hazırlanması kimi mövzularda fikir mübadiləsi aparılıb.

Daha sonra görüş iştirakçılarına layihə barədə məlumatların əks olunduğu çap materialları paylanılıb.

Related posts

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

DOST RİM Böyük Britaniyada yerləşən “Corporate Vision” təşkilatının keçirdiyi müsabiqədə mükafata layiq görülüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı