Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündüz reysinin açılması gündəmdə deyil - BBN

Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündüz reysinin açılması gündəmdə deyil

Bakı-Tbilisi-Bakı dəmir yolu marşrutu üzrə gündüz reyslərinin istifadəyə verilməsi hazırda gündəmdə deyil.

Bu barədə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov jurnalistlərə açıqlamasında məlumat verib.

Onun sözlərinə görə, sözügedən istiqamətdə gündüz reyslərinin təşkili ilə bağlı hazırda hər hansı iş aparılmır.

Azər Fərəcov bildirib ki, hazırda marşrut üzrə yalnız bir qatar fəaliyyət göstərir və sərnişin tələbatını qarşılamaq məqsədilə həmin qatarın tərkibinə əlavə vaqonların qoşulması istiqamətində işlər görülür.

Departament rəisi həmçinin qeyd edib ki, Bakı-Tbilisi-Bakı marşrutu üzrə bilet qiymətlərinin ciddi şəkildə endirilməsi ilə bağlı hazırda hər hansı müzakirə aparılmır.

Related posts

ADY ilin ilk yarısında sərnişindaşımanı 18% artırıb

Qiymətləndirmə hesabatlarının tam təhlil olunmaması problemli girovların yaranmasına səbəb olur

Razi Nurullayev: Əmlak sığortası yenidən məcburi fazaya keçirilməlidir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı