Bakı-Tbilisi-Ceyhan kəməri ilə daşınan neftin həcmi açıqlanıb

Yanvar ayında Azərbaycandakı magistral neft kəmərləri ilə nəql olunan neft 0,43 faiz artaraq 3 milyon 269,1 min ton olub.

Dövlət Statistika Komitəsindən bildirilib ki, nəqletmənin 76 faizi Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib və cari ilin yanvar ayı ərzində bu kəmərlə neft nəqli 1,87 faiz azalaraq 2 milyon 486,1 min ton olub.

Dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 82,7 faizini və ya 2055,3 min tonunu Azərbaycanda hasil edilən neft, 17,3 faizini və ya 430,8 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.

Related posts

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Taxıl sahələrinin 85 faizində biçin başa çatıb

Azərbaycanın IV Könüllü Milli Hesabatı BMT-yə təqdim edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı