Bakı və Sumqayıtda keçirilən yarmarkalarda 351 vakansiya təqdim edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı və Abşeron-Xızı Regional Məşğulluq filalları tərəfindən növbəti əmək yarmarkaları təşkil olunub.

Bakı və Sumqayıt şəhərlərində keçirilən yarmarkalarda özəl və dövlət sektorundan olan 51 müəssisə iştirak edib, işsiz və işaxtaran şəxslərə 351 vakansiya təqdim edilib.

Aktiv məşğulluq tədbirlərində işəgötürənlər tərəfindən vətəndaşlara vakansiyaların tələbləri barədə məlumat verilib, uyğun namizədlərlə ilkin müsahibələr aparılıb və CV-ləri qəbul edilib.

Həmçinin tədbirlərdə işsiz və işaxtaran şəxslər Agentliyin icra etdiyi digər aktiv məşğulluq tədbirləri barədə də məlumat əldə edə biliblər.

Related posts

Sosial Xidmətlər Agentliyi tərəfindən bu il 500-dən çox imtiyazlı şəxs sanatoriya-kurort və müalicə mərkəzlərinə yola salınıb

Yanvar-iyul aylarında Nazirliyin fəaliyyət sahələri üzrə 223 mindən çox e-arayış verilib

Yanvar-iyul aylarında DSMF-nin xərcləri 14 faiz və ya 493 mln. manat artaraq 4 mlrd. manatı ötüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı