Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Bakıda 18 min yeni iş yeri yaradılıb - BBN

Bakıda 18 min yeni iş yeri yaradılıb

2024-cü ilin I rübündə Bakı şəhərində 18 min yeni iş yerləri yaradılıb.

BBN.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstəricinin həcmi 22.8% artıb. Belə ki, 2023-ci ilin I rübündə Bakıda 14 657 yeni iş yeləri açılmışdı.

Qeyd edək ki, 2024-cü ilin yanvar-mart ayları ərzində Bakıda mövcud müəssisə və təşkilatlarda 17 348 yeni iş yeri, yeni müəssisə və təşkilatlarda isə 612 yeni iş yeri açılıb.

Xatırladaq ki, cari ilin I rübündə Bakıda 2 279 yeni müəssisə və təşkilat, 4156 yeni fərdi sahibkarlıq subyekti yaradılıb. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə yeni yaradılan müəssisə və təşkilatların sayı 30%, yeni yaradılmış fərdi sahibkarlıq subyektlərinin sayı isə 25% azalıb.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Maliyyə naziri Sahil Babayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

“ASAN xidmət indeksi”nə və “ASAN müraciət”ə dair nəticələr açıqlanıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı