Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycanda yeni iş yerlərinin sayı açıqlanıb - BBN

Azərbaycanda yeni iş yerlərinin sayı açıqlanıb

2024-cü ilin I rübündə Azərbaycanda 22 517 yeni iş yerləri yaradılıb.

BBN.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstəricinin həcmi 25.9% artıb. Belə ki, 2023-ci ilin I rübündə Azərbaycanda 17 886 yeni iş yeləri açılmışdı.

Qeyd edək ki, 2024-cü ilin yanvar-mart ayları ərzində Azərbaycanda mövcud müəssisə və təşkilatlarda 20 037 yeni iş yeri, yeni müəssisə və təşkilatlarda isə 2 265 yeni iş yeri açılıb.

Xatırladaq ki, cari ilin I rübündə Azərbaycanda 2 955 yeni müəssisə və təşkilat, 21 781 yeni fərdi sahibkarlıq subyekti yaradılıb. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə yeni yaradılan müəssisə və təşkilatların sayı 27%, yeni yaradılmış fərdi sahibkarlıq subyektlərinin sayı isə 27.4% azalıb.

Related posts

ROA və ROE əmsalına görə bankların-RENKİNQİ

Ehtiyat ayırmalarının həcminə görə bankların – RENKİNQİ

Qeyri-faiz gəlirlərinə görə bankların – RENKİNQİ

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı