Bu gün paytaxtda III Beynəlxalq Statistika Forumu öz işinə başlayıb.
BBN.az xəbər verir ki, tədbir sentyabrın 26-dək davam edəcək. Forum Dövlət Statistika Komitəsi ilə MDB Dövlətlərarası Statistika Komitəsinin birgə təşkilatçılığı ilə keçirilir və “Statistikanın inkişaf perspektivləri: beynəlxalq layihələrin rolu” mövzusuna həsr olunub.
Toplantıda 15 ölkədən və 10 beynəlxalq təşkilatdan yüksək səviyyəli nümayəndə heyətləri, həmçinin elmi ictimaiyyətin tanınmış simaları və ekspertlər iştirak edir.