Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçirilir - BBN

Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçirilir

Bu gün Bakıda “Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası” İctimai Birliyinin təşkilatçılığı və Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin baş tərəfdaşlığı ilə IV Milli Kibertəhlükəsizlik Forumu keçirilir.

BBN.az xəbər verir ki, ölkənin ən nüfuzlu kibertəhlükəsizlik platformalarından birinə çevrilmiş forum dövlət strukturlarını, özəl sektorun təmsilçilərini, beynəlxalq partnyorları, texnologiya şirkətlərini və sahə mütəxəssislərini vahid məkanda cəmləyərək kibertəhlükəsizlik sahəsindəki müasir çağırışların və gələcəyə dair perspektivlərin müzakirəsi üçün əhəmiyyətli əməkdaşlıq platforması yaradır.

Forumun başlıca hədəfi Azərbaycanda milli kibertəhlükəsizlik ekosisteminin inkişafına dəstək olmaq, dövlət və özəl sektor arasında tərəfdaşlıq əlaqələrini möhkəmləndirmək, həmçinin beynəlxalq təcrübənin və innovativ metodların mübadiləsini stimullaşdırmaqdır.

Tədbir zamanı kibertəhlükəsizlik sahəsində tanınmış beynəlxalq mütəxəssislərin, qabaqcıl qlobal İT və texnologiya şirkətlərinin rəhbərlərinin çıxışları planlaşdırılır. Forum çərçivəsində rəqəmsal transformasiya prosesində meydana çıxan yeni kiber təhdidlər, süni intellekt texnologiyalarının kibertəhlükəsizliyə göstərdiyi təsir, kritik infrastrukturun müdafiəsi, regional əməkdaşlıq perspektivləri və kibermüdafiə sahəsində çağdaş yanaşmalar geniş şəkildə müzakirəyə çıxarılacaq.

Related posts

Azərbaycan Türkiyə ilə maliyyə sektorunda innovativ həllərin geniş tətbiqini müzakirə edib

AMB ödəniş kartlarının təhlükəsizliyinə dair məcburi standartlar tətbiq edəcək

“Mastercard”: Azərbaycanda maliyyə sektoru kibertəhlükəsizliyə görə dünya ilə ayaqlaşır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı