Bakıda keçiriləcək sərgilərdə KOB-ların məhsullarının tanıdılması üçün stend qurulacaq

Mayın 17-19-u tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək 16-cı Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı (“Caspian Agro”) və 28-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi (“İnterFood Azerbaijan”) sərgilərində KOB subyektlərinin məhsullarının tanıdılmasına dəstək məqsədilə xüsusi stendlər qurulacaq.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib.

Sərgilərdə bitkiçilik, baytarlıq, heyvandarlıq, quşçuluq və balıqçılıq məhsulları, suvarma avadanlıqları, qənnadı, ət, meyvə-tərəvəz, süd məhsulları, şirələr, çay, tütün və digər qida məhsulları və müvafiq sahədə xidmətlər təqdim ediləcək.

Əvvəlki illərdə olduğu kimi bu il də mikro, kiçik və orta sahibkarlıq subyektlərinin müvafiq sərgilərdə iştirakına dəstək göstəriləcək.

Məhsul və xidmətlərini KOBİA-nın stendində sərgiləmək istəyən KOB-lar mayın 7-nə qədər aşağıdakı link vasitəsilə müvafiq formanı dolduraraq (“İştirak etmək istədiyiniz tədbir” bölümündə “Caspian Agro” və ya “İnterFood Azerbaijan” qeyd olunmalıdır) müraciət edə bilərlər: https://smb.gov.az/az/contact-form/exhibition-form/1

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı