Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Bakıda keçirilən əmək yarmarkasında 15 müəssisə iştirak edib və 327 vakansiya təqdim edilib - BBN

Bakıda keçirilən əmək yarmarkasında 15 müəssisə iştirak edib və 327 vakansiya təqdim edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən işsiz və işaxtaran şəxslərin işəgötürənlərlə bilavasitə təmas yaratması və bu vasitə ilə işə düzəlmələrinə köməklik məqsədilə növbəti əmək yarmarkası təşkil olunub.

Bakı Regional Məşğulluq filialı və Suraxanı Rayon İcra Hakimiyyətinin birgə təşkil edtiyi yarmarkada 15 müəssisə iştirak edib və 327 vakansiya təqdim edilib.

Yarmarkaya qatılan şəxslərə vakansiyaların tələbləri barədə məlumat verilib, onlarla ilkin müsahibələr aparılıb. Uyğun namizədlərin növbəti mərhələlərə cəlb ediləcəyi bildirilib. Onlar arasında müharibə iştirakçıları və sosial müdafiəyə xüsusi ehtiyacı olan digər şəxslər də var.

Bundan başqa aktiv məşğulluq tədbirində Agentliyin Mərkəzi Karyera filialının nümayəndələri tərəfindən müraciət edən şəxslərə karyera məsləhəti xidməti də göstərilib.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Maliyyə naziri Sahil Babayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

“ASAN xidmət indeksi”nə və “ASAN müraciət”ə dair nəticələr açıqlanıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı