Bakıda “Made in BRICS & SCO” beynəlxalq sərgisi keçiriləcək

Aprelin 17-19-da Bakıda “Made in BRICS & SCO” beynəlxalq sərgisi keçiriləcək.

Təşkilatçılardan verilən məlumata görə burada BRİCS və ŞƏT-ə üzv olan ölkələrin, eləcə də bu təşkilatlara qoşulmağı planlaşdıran dövlətlərin müxtəlif mal və xidmətlərinin istehsalçıları və təchizatçıları iştirak edəcək.

Sərgi Bakı Ekspo Mərkəzində keçiriləcək. Təşkilatçılar Birləşmiş Ərəb Əmirliklərində qeydiyyatdan keçmiş “EXPO Club Plus” və “Rusiya Ekspo Klubu”dur.

Ziyarətçilər üçün giriş pulsuzdur.

Related posts

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Azərbaycanın IV Könüllü Milli Hesabatı BMT-yə təqdim edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı