Bakıda sosial sahibkarlığın inkişafı ilə bağlı tədbir keçirilib

Bakıda sosial sahibkarlığın inkişafına dair “Bootcamp” keçirilib.

Tədbir Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramının “Azərbaycanda innovativ və davamlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində həyata keçirilib və sosial sahədə fəaliyyət göstərən 70-dən çox sahibkar, müəssisə və təşkilatı bir araya gətirib.

“Sosial sahibkarlığın əsas məqsədi mənfəət əldə etmək deyil, sosial təsir göstərməkdir”, – İtaliyanın ARCO şirkətinin baş direktoru Enriko Testi “Bootcamp” iştirakçılarına deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda sosial sahibkarlıq inkişaf edir.

Bu təlim düşərgəsi zamanı irəli sürülən ideyalar növbəti layihənin proqramı üçün seçiləcək və bu mərhələdə seçilən ən yaxşı biznes planlar isə müvafiq maliyyə dəstəyi ala biləcək.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı