Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Bakıda "Türk Dövlətləri Insurtech Zirvəsi" keçirilir - BBN

Bakıda “Türk Dövlətləri Insurtech Zirvəsi” keçirilir

Bu gün Bakıda “Türk Dövlətləri Insurtech Zirvəsi” keçirilir.

BBN.az xəbər verir ki, tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Şimali Kipr Türk Cümhuriyyətindən olan tənzimləyici qurumların və sığorta assosiasiyalarının nümayəndələri iştirak edirlər.

Zirvə çərçivəsində sığorta sektorunda rəqəmsal transformasiya, InsurTech texnologiyalarının inkişafı və süni intellektin tətbiqi mövzularında fikir mübadiləsi aparılacaq.

Qeyd edək ki, tədbir Azərbaycan Mərkəzi Bankının dəstəyi, Türkiyə Ticarət Nazirliyinin təşkilatçılığı, həmçinin Azərbaycan Sığortaçılar Assosiasiyası və Hizmet İhracatçılar Birliyinin əməkdaşlığı ilə təşkil olunub.

Zirvə oktyabrın 29-na kimi davam edəcək.

Related posts

Azərbaycanda internet xidmətlərindən gəlir 35%-dən çox artıb

Azərbaycanda sürətli poçt və kuryer xidmətlərindən gəlir azalıb

Azərbaycanda 1,3 milyard manat sosial ödəniş həyata keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı