Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Baktelecom” mətbuat işçilərinin yaşayış binasını optik şəbəkəyə keçirib - BBN

“Baktelecom” mətbuat işçilərinin yaşayış binasını optik şəbəkəyə keçirib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki “Bakı Telefon Rabitəsi” MMC (Baktelecom) mətbuat işçilərinin yaşayış binasını müasir standartlara cavab verən optik şəbəkə ilə təchiz edib.

“Baktelecom” bu işləri ölkədə elan olunmuş hərbi vəziyyət və xüsusi karantin rejimi ilə əlaqədar kütləvi informasiya vasitələri (KİV) nümayəndələrinin sürətli internet şəbəkəsinə çıxışını təmin etmək məqsədilə “Evədək optika” layihəsi çərçivəsində həyata keçirib.

Mətbuat işçilərinin 170 mənzillik yaşayış binasında optik infrastrukturun qurulması işləri artıq tam başa çatdırılıb. Sakinlərin bir optik xətt üzərindən multimedia xidmətləri ilə operativ təmin edilməsinə imkan yaradılıb, onlara internet avadanlıqları hədiyyə edilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycan ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları və düşmənin təxribatları barədə əhalinin KİV nümayəndələri tərəfindən məlumatlandırılmasını yüksək qiymətləndirir, media mənsublarına peşə fəaliyyətlərində uğurlar arzu edir.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” müvafiq Sərəncamı ilə tikilmiş və jurnalistlərin istifadəsində olan digər binada da bundan öncə “Baktelecom” tərəfindən genişzolaqlı optik şəbəkə qurulub.

Related posts

Bu ilin I rübündə 98,3 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

Cari ilin I rübündə sahibkarlara 16 “Startap” şəhadətnaməsi verilib

“Enterprise Azerbaijan” portalının “Startup School 4” layihəsinin Asiya qitəsi üzrə tərəfdaşları elan edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı