“Baku stock Exchange Trading Platform” (BETP) adlı yeni ticarət sistemi və Milli Depozit Mərkəzi tərəfindən “CEDAR” adlı Mərkəzi Depozitar Sistemi istifadəyə verilmişdir

Mərkəzi Bank tərəfindən Maliyyə sisteminin mühüm sahəsi kimi qiymətli kağızlar bazarının inkişafı daim diqqət mərkəzində saxlanılır. Bu sahədə mütərəqqi hüquqi, təşkilati tədbirlər həyata keçirilmiş, zəruri normativ hüquqi baza və tənzimləmə mexanizmləri yaradılmışdır.

31 mart 2023-cü il tarixində Bakı Fond Birjası (BFB), Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi (MDM) və maliyyə texnologiyaları sahəsində qabaqcıl korporasiyalardan biri olan Montran şirkəti tərəfindən yaradılan Qiymətli Kağızlar üzrə Ticarət Sistemi (BETP) və Mərkəzi Depozitar platforması (CEDAR) uğurla istifadəyə verilmişdir.

Yeni yaradılan sistemlər qiymətli kağızlarla həyata keçirilən bizness proseseləri səmərəli şəkildə idarə etməyə imkan verir. Bu sistemlər ən yaxşı təcrübələrə və ISO 20022 standartlarına uyğun olaraq qurulmuşdur.

Bakı Fond Birjası tərəfindən istismara verilən BETP Ticarət Sistemi, Milli Depozit Mərkəzinin CEDAR adlı Mərkəzi Depozitar Sistemi Azərbaycanın Kapital Bazarı İnfrastrukturunun təkmilləşdirilməsində və ölkənin qiymətli kağızlar bazarının dayanıqlı şəkildə inkişaf etdirilməsində mühüm rol oynayacaqdır. BFB-nin BETP Ticarət Sistemi vasitəsilə qiymətli kağızlar real vaxt rejimində alqı-satqısına və repo əməliyyatlarının həyata keçirilməsinə imkan verir.

Bakı Fond Birjası haqqında:

“Bakı Fond Birjası” QSC Azərbaycanda fəaliyyət göstərən yeganə fond birjasıdır. Bakı Fond Birjasının əsas missiyası maliyyə vəsaitlərinin yerli emitentlər tərəfindən cəlb olunması üçün vasitələrin geniş spektrinin təmin olunması vasitəsilə Azərbaycan Respublikasının iqtisadi artımına yardım, maliyyə sistemində satış qabiliyyətinin təkrar paylanması üçün platformanın təmin olunması, yerli və əcnəbi investorlar üçün şəffaf investisiya mühitinin təqdim olunmasıdır.

Related posts

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (08.05.2024)

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı