Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Bank BTB-də yeni rəqəmsal imkan! - BBN

Bank BTB-də yeni rəqəmsal imkan!

Bank “BTB”, müştərilərin bank əməliyyatlarını daha rahat və operativ həyata keçirə bilmələri üçün rəqəmsal imkanlarını gündən-günə genişləndirməkdədir. Artıq Bank “BTB”-nin bütün filiallarında müştərilər fiziki şəxsiyyət vəsiqəsi təqdim etmədən, “mygov” platforması vasitəsilə rəqəmsal şəxsiyyət vəsiqələrindən istifadə edərək bank xidmətlərindən yararlana biləcəklər.

Bu yenilik müştərilər üçün vaxta qənaət və əlavə rahatlıq baxımından yeni bir imkan kimi qiymətləndirilir. Bunun üçün sadəcə “mygov” platformasında şəxsiyyət vəsiqəsinə aid 8 simvoldan ibarət unikal kodu bank əməkdaşına təqdim etmək kifayətdir.

Onu da nəzərə çatdıraq ki, Bank “BTB” bu xidməti  İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə əməkdaşlığı çərçivəsində istifadəyə verib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2024-cü il tarixli Fərmanına əsasən, şəxsiyyət vəsiqəsi məlumatlarının “mygov”  platforması üzərindən təqdim edilməsi fiziki sənədin təqdim edilməsi ilə eyni hüquqi qüvvəyə malikdir.

Bank xidmətləri haqqında (012) 946 nömrəli Məlumat Mərkəzindən, www.btb.az  rəsmi saytından və ya bankın www.facebook.com/bankbtb  və www.instagram.com/bankbtb/ ünvanlarında olan sosial səhifələrindən ətraflı məlumat almaq mümkündür.

Bank “BTB” ASC Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 19.03.2010-cu il tarixli 254 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 8 xidmət nöqtəsilə müştərilərə korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini təqdim edir.

Related posts

Azərbaycanda “Bank Nəzarəti Strategiyası” təsdiqlənib

ABŞ bankları üçün böyük dönüş: yeni Basel qaydaları kapital tələblərini azalda bilər

“Fitch Ratings” Azərbaycanın çevik valyuta məzənnəsinə keçəcəyini gözləmir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı