Bank BTB ikinci rübün maliyyə nəticələrini açıqladı

Bank BTB 2022-ci ilin ikinci rübün maliyyə göstəricilərini təqdim etdi. Bankın aktivlərinin həcmində 3 977.3 mln manat artım qeydə alınıb, belə ki, bankın cəmi aktivləri 354 383.5 mln manata çatıb.

Qeyd edək ki, hesabat dövrünün əhatə etdiyi 2-cü rübün nəticələrinə görə bankın əməliyyat gəlirləri 431 min manat olub, faiz gəlirləri 13 354.7 mln manat, faiz xərcləri isə 8 034.6 mln manat təşkil edib.

Aktivlərin təsnifləşdirilməsi və mümkün risklərin qarşılanması məqsədi ilə bank tərəfindən 5 705.7 mln manat məbləğində ehtiyat yaradılıb.

Bankın uzunmüddətli inkişaf strategiyasının uğurla həyata keçirilməsini təmin etmək məqsədilə Səhmdarların Ümumi Yığıncağında nizamnamə kapitalının 5 mln manat artırılması haqqında qərar qəbul edilib. Bununla da cari ilin əvvəlində ehtiyatlara ayrılan vəsaiti nəzərə alaraq, artımdan sonra bankın nizamnamə kapitalı 52 mln manat təşkil edir.

Qeyd edək ki, Bank “BTB” ASC Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 19.03.2010-cu il tarixli 254 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 7 xidmət nöqtəsilə müştərilərə korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini təqdim edir.

Bankın təqdim etdiyi məhsul, xidmət və kampaniyalar barədə məlumat almaq istəyən şəxslər onlayn müraciət kanalları olan Facebook (www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb/) səhifələrinə, eləcə də 055 3000 946 WhatsApp (https://wa.me/994553000946) nömrəsinə müraciət edə bilərlər. Bundan əlavə (012) 946 nömrəli məlumat mərkəzi və www.btb.az rəsmi saytı müştərilərin xidmətindədir.

Related posts

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Bankların xalis mənfəətinin həcminə görə renkinqi – II rüb/2024

Visa ABB-nin layihələrini mükafatlandırdı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı