Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Bank of Baku-dan qadın sahibkarlara dəstək – Praqmatik maliyyə təlimi - BBN

Bank of Baku-dan qadın sahibkarlara dəstək – Praqmatik maliyyə təlimi

Bank of Baku ölkədə sahibkarlığın inkişafına dəstək məqsədilə mikro, kiçik və orta biznesləri əhatə edən maarifləndirici təlim təşkil edib.

“25 Aprel – Sahibkarlar Günü” ərəfəsində Bank of Baku-nun təşkilatçılığı və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) dəstəyi ilə keçirilən təlimdə 20-dən çox sahibkar qadın iştirak edib. “Praqmatik Maliyyə: Qadın Sahibkarlar üçün Artım Modelləri” mövzusunda keçirilən təlimin əsas məqsədi qadın sahibkarlar arasında maliyyə savadlılığını artırmaq və bizneslərin dayanıqlı inkişafına töhfə verməkdir.

Təlim çərçivəsində maliyyə hesabatlarının tərtibi, nağd axınının idarəedilməsi, kredit yükünün optimallaşdırılması və bizneslə şəxsi maliyyənin ayrılması kimi əhəmiyyətli mövzular əhatə olunub. Təlimin 2-ci hissəsində isə müasir investisiya alətləri müzakirə edilib, kriptovalyuta, əmanət, istiqrazın fərqli cəhətləri, üstünlükləri və riskləri barədə danışılıb.

Tədbirdə təlimçi qismində Bank of Baku-nun KOB bankçılıq departamentinin direktor müavini, eləcə də Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi İsmayıl Məmmədov və Bank of Baku-nun Xəzinədarlıq departamentinin şöbə müdiri Hüseyn Hüseynli çıxış edib.

Qeyd edək ki, KOB subyektlərinə dəstəkləyici həllərin təqdim edilməsi və korporativ bankçılıq istiqamətinin genişləndirilməsi “Bank of Baku”nun strateji inkişaf planında xüsusi yer tutur.

Bank of Baku hazırda 21 filialında 1 milyondan çox həm fiziki, həm də hüquqi şəxs olan müştərilərinə müxtəlif bankçılıq xidmətləri təqdim edir.

Bank of Baku-nun məhsul və xidmətləri haqqında ətraflı məlumatla 145 Məlumat Mərkəzi ilə əlaqə saxlayaraq, bankın rəsmi veb səhifəsi – www.bankofbaku.com daxil olaraq tanış olmaq olar.

 

Related posts

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası sahəsində Qaydalara dəyişikliklər təsdiq edilib

Bir-in də dəstəyi ilə “Azərbaycan Biznes Keys Müsabiqəsi 2026” uğurla başa çatdı

Əli Məsimli: “Azərbaycanda daxili auditləri tam mənada işə salmaq lazımdır”

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı