Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Bank of England dollar riskinə qarşı bankları stress-testə cəlb edir - BBN

Bank of England dollar riskinə qarşı bankları stress-testə cəlb edir

Bank of England bəzi iri banklardan ABŞ dolları ilə bağlı potensial maliyyə şoklarına qarşı dayanıqlılıqlarını yoxlamalarını istəyib. Reuters agentliyinin yaydığı məlumata görə, bu qərar son zamanlar ABŞ Prezidenti Donald Trampın iqtisadi siyasətlərinə dair yaranan qeyri-müəyyənlik fonunda verilib.

Qlobal ticarət və kapital axınlarının əsas valyutası sayılan ABŞ dolları beynəlxalq maliyyə sisteminin dayağı hesab olunur. Lakin Tramp administrasiyasının azad ticarət, müdafiə və monetar siyasət sahələrində köklü dəyişikliklərə getməsi Avropa ölkələri və onların mərkəzi banklarında narahatlıq yaradıb. Bank of England, Avropa nəzarətçilərinin oxşar çağırışlarını izləyərək, bəzi Britaniya banklarından dollarla maliyyələşmə planlarını, likvidlik ehtiyaclarını və ABŞ valyutasına olan asılılıq səviyyələrini qiymətləndirməyi tələb edib. Mənbələrin bildirdiyinə görə, banklardan biri son həftələrdə dollar svop bazarının tam dayanması kimi riskli ssenarilərlə daxili stress-testlər keçirməyə çağırılıb.

London Biznes Məktəbinin iqtisadiyyat üzrə professoru Richard Portes məsələ ilə bağlı bildirib:

“Qlobal dollar böhranı baş verərsə, FED svop imkanlarını məhdudlaşdıra bilər. Çünki Trampın sərt reaksiyası ilə qarşılaşmaqdan çəkinəcək. Xarici bank nəzarətçiləri bu riski nəzərə alaraq, banklara dollar risklərini məhdudlaşdırmağı ciddi şəkildə tövsiyə etməlidirlər.”
Qeyd edək ki, BoE-nin nəzarət funksiyasını həyata keçirən Prudential Regulation Authority bu tələbləri banklara fərdi şəkildə təqdim edib. Rəsmi açıqlama verilməsə də, mənbələrə görə, bu addım ABŞ dolları ətrafında yaranan geopolitik və monetar qeyri-müəyyənliklərə cavab olaraq atılıb.

Analitiklər hesab edirlər ki, bu cür stress-testlər maliyyə sistemində mümkün risklərin qabaqlanması baxımından mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, Avropa banklarının dollar asılılığını diversifikasiya etməyə sövq edə bilər.

Related posts

“Oxford Economics”: İran ətrafındakı gərginlik Azərbaycana Avropa investisiyalarını artıra bilər

AMB nümayəndələri Almatıda mərkəzi bank kommunikasiyasına dair regional tədbirdə iştirak edib

Ziraat Bank Azərbaycan istehlak kreditlərində bahar kampaniyasını təqdim edir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı