Bank Respublika əməkdaşları “Heydər zirvəsi”nə yürüş ediblər

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə “Bank Respublika”nın əməkdaşları Ulu Öndərin adını daşıyan, dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə yürüş ediblər.

Böyük Qafqaz sıra dağlarının Başdağ silsiləsinin Qızıl Qaya massivində yerləşən zirvəyə yürüş, əvvəlcədən müəyyənləşdirilmiş marşrut üzrə mütəşəkkil qaydada və təhlükəsizlik qaydaları çərçivəsində həyata keçirilib.

Çətin relyefə, mürəkkəb keçidlərə və əlverişsiz hava şəraitinə baxmayaraq, Bankın əməkdaşları bütün maneələri dəf edərək “Heydər zirvəsi”nə qalxmağı bacarmış və Ümummilli Liderin əziz xatirəsini ehtiramla yad ediblər

Daha ətraflı məlumatı bankın rəsmi web saytında, facebook, instagram, linkedin səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Related posts

Xalq Bankdan Visa Infinite kartını 50% endirimlə əldə edin

Birbank taksit kartı sahiblərinə Trendyol ödənişlərində hissəli ödəmə imkanı

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı