Bank Respublika “ASAN Məktub” proqramı çərçivəsində uşaqların arzularını gerçəkləşdirdi

Yeni il möcüzəsi bəzən bir məktubdan, bəzən də bir uşağın səmimi arzusundan başlayır…

Bu duyğularla çıxış edən Bank Respublika “ASAN Məktub” sosial proqramı çərçivəsində uşaq evlərində yaşayan balacaların Şaxta babaya ünvanladıqları məktublara biganə qalmayaraq onların Yeni il arzularını gerçəkləşdirib və uşaqlara bayram hədiyyələri təqdim edib. Balaca fidanlara hədiyyələr ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə təqdim olunub.

Tədbir zamanı uşaqlar üçün əsl bayram ab-havası yaradılıb, Şaxta baba ilə görüş, Bank Respublika tərəfindən hədiyyələrin təqdim edilməsi və səmimi anlar balacaların üzündə təbəssümə, qəlbində isə unudulmaz xatirələrə çevrilib.

Bank Respublika sosial məsuliyyət strategiyasına uyğun olaraq cəmiyyətin həssas qruplarına, xüsusilə də uşaqlara göstərilən diqqəti öz fəaliyyətinin əsas istiqamətlərindən biri hesab edir. Bank sosial layihələr vasitəsilə uşaqların rifahına töhfə verməyi, onların sevincinə şərik olmağı və cəmiyyət üçün davamlı dəyər yaratmağı vacib prioritet kimi müəyyənləşdirib.

Bank Respublika gələcəkdə də sosial yönümlü təşəbbüslərdə fəal iştirak etməyi, ictimai əhəmiyyətli proqramlara dəstək göstərməyi və sosial məsuliyyət prinsiplərinə sadiq qalmağı davam etdirəcək.

Related posts

“Bakı Metropoliteni” Maliyyə Nazirliyindən 244,8 milyon manat faizsiz kredit cəlb edib

ADB Azərbaycanın daxil olduğu regional rəqəmsal ticarət layihəsini təsdiqləyib

ABŞ səhmlərinə komissiyasız investisiya üçün SON 3 GÜN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı