Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Bank Respublika” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək - BBN

“Bank Respublika” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək

Sentyabrın 24-də saat 10:00-da “Bank Respublika” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Yığıncaq bankın Bakı şəhəri, Xəqani küçəsi, 21 ünvanında yerləşən baş ofisində baş tutacaq.

Toplantının gündəliyinə “Bank Respublika”nın nizamnamə kapitalının artırılması, bankın nizamnaməsinə əlavə və dəyişikliklərin təsdiq edilməsi, iyulun 24-də keçirilmiş səhmdarların ümumi yığıncağında qəbul edilmiş bəzi qərarlara yenidən baxılması və həmin məsələlər üzrə müvafiq qərarların qəbul edilməsi daxildir.

Bundan başqa, aidiyyəti şəxslərlə bağlanması nəzərdə tutulan müqavilələrin təsdiq edilməsi, Müşahidə Şurasının tərkibinə yenidən baxılması və digər məsələlərin müzakirəsi planlaşdırılır.

Qeyd edək ki, “Bank Respublika” 1992-ci ildə yaradılıb. Bankın nizamnamə kapitalı 73,961 milyon manat təşkil edir.

Bankın səhmlərinin 63,32 %-i Müşahidə Şurasının sədri Natiq Quliyevə, 18,46 %-i Elçin Quliyevə, 8,47 %-i Namiq Quliyevə, 5,45 %-i Şakir Rəhimova, 4,22 %-i SIDT-yə, 0,08 %-i isə digər şəxslərə məxsusdur.

Related posts

Fitch: Qızılın bahalaşması Azərbaycanın xarici maliyyə mövqeyini dəstəkləyir

Rabitəbank və “Ofisait” mağazalar şəbəkəsindən yeni dərs ilinə “NƏHƏNG QAYIDIŞ” 7%-DƏK KEŞBEK, 6 AYADƏK FAİZSİZ TAKSİT

Bank sektorunda süni intellekt inqilabı: Qlobal nəhənglər valyuta risklərini AI-yə həvalə edir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı