Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Bank Respublika inkişafını davam etdirir: Göyçayda 40-cı filialını istifadəyə verdi - BBN

Bank Respublika inkişafını davam etdirir: Göyçayda 40-cı filialını istifadəyə verdi

Bakı, 18 noyabr, 2025. Ölkənin aparıcı banklarından biri olan Bank Respublika, müştərilərin rahatlığını və xidmətə əlçatanlığını artırmaq məqsədilə Göyçay şəhərində ən müasir bankçılıq texnologiyaları ilə təchiz olunmuş yeni filialının təntənəli açılışını edib.

Sayca Bankın 40-cı filialı olan Göyçay filialı, müasir bank standartlarına uyğun infrastruktur, rahat müştəri zonası və yüksək xidmət keyfiyyəti ilə seçilir.

Təntənəli açılışda iştirak edən bankın rəhbərliyi, yüksək standartlara cavab verən yeni filialın açılışını bildirən rəmzi qırmızı lenti kəsərək filialı müştərilərin istifadəsinə verib.

“40-cı filialın Bank üçün sadəcə rəqəm deyil — müştərilərin etimadının, bankın regionlara göstərdiyi dəyərin və davamlı inkişaf strategiyasının nəticəsi olduğunu” qeyd edən Bankın rəhbərliyi, yeni filialda da biznesin bütün istiqamətləri üzrə iş adamlarına dəstək olunacağını, eləcə də əhaliyə müasir bank məhsullarının sərfəli şərtlərlə təqdim ediləcəyini bildirib.

Bankın yeni filialı – Göyçay şəhəri, Mehdi Hüseynzadə küçəsi 2D ünvanında fəaliyyət göstərəcək

 

 

📌 Daha ətraflı məlumat üçün:
🌐 Veb sayt: www.bankrespublika.az
📱 Sosial şəbəkələr:  🔵 Facebook | 📸 Instagram | 🔗 LinkedIn      | 📨 Telegram
📞 Çağrı Mərkəzi: 144

 

 

Related posts

Azərbaycanın turizm imkanları Türkiyədə keçirilən beynəlxalq sərgidə təqdim olunur

İcbari Sığorta Bürosu 4 yeni elektron xidməti istifadəyə verib

Azərbaycan Mərkəzi Bankı və Beynəlxalq Valyuta Fondu makroiqtisadi vəziyyəti müzakirə edib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı