Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Bank Respublika Laçında ilk dəfə məktəbə gedəcək uşaqları sevindirdi - BBN

Bank Respublika Laçında ilk dəfə məktəbə gedəcək uşaqları sevindirdi

Ölkəmizin aparıcı banklarından biri olan Bank Respublika, fəaliyyət göstərdiyi illər ərzində müxtəlif sahələrdə bir çox sosial layihələr həyata keçirib.

44 günlük Vətən müharibəsindən sonra Bank Respublika tərəfindən prioritet istiqamət kimi şəhid və qazı ailələrinə dəstək, eləcə də işğaldan azad olunmuş torpaqlarımızda müxtəlif mövzulu sosial layihə həyata keçirmək seçilib. Bank bu istiqamətdə növbəti layihəsini işğaldan azad olunmuş torpaqlarımızda – Laçın rayonunda reallaşdırıb.

Belə ki, “15 sentyabr – Bilik Günü” ərəfəsində Bankın əməkdaşları Laçın şəhərinə səfər edərək burada ilk dəfə məktəbə gedəcək uşaqlarla görüşüb. Görüşdə bankın əməkdaşları balacalara məktəb ləvazimatlarından ibarət məktəbli çantalar hədiyyə edib, onlara yeni biliklərə yiyələnməyi və gələcəkdə ölkənin faydalı mütəxəssisləri olmağı arzu ediblər.

Daha ətraflı məlumatı bankın rəsmi saytında eləcə də facebook, instagram, linkedin, telegram səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Related posts

“Oxford Economics”: İran ətrafındakı gərginlik Azərbaycana Avropa investisiyalarını artıra bilər

AMB nümayəndələri Almatıda mərkəzi bank kommunikasiyasına dair regional tədbirdə iştirak edib

Ziraat Bank Azərbaycan istehlak kreditlərində bahar kampaniyasını təqdim edir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı