Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Xalq Bank ölkənin ən çox vergi ödəyən 100 şirkəti sırasındadır - BBN

Xalq Bank ölkənin ən çox vergi ödəyən 100 şirkəti sırasındadır

Xalq Bank 2025-ci ilin maliyyə nəticələrinə əsasən, Azərbaycanın ən çox vergi ödəyən 100 şirkəti sırasında yer alıb. Qeyd edək ki, Dövlət Vergi Xidməti tərəfindən açıqlanan siyahı 2025-ci ildə dövlət büdcəsinə ən çox vergi ödəyən və bu məlumatın ictimaiyyətə təqdim edilməsinə razılıq verən vergi ödəyicilərini əhatə edir.

Xalq Bankın bu siyahıda təmsil olunması onun ölkə iqtisadiyyatına verdiyi töhfəni, şəffaf fəaliyyət prinsiplərinə sadiqliyini və maliyyə dayanıqlılığını təsdiq edir.

Xalq Bank ötən il ərzində məhsul və xidmət əlçatanlığının artırılması ilə yanaşı, ölkədə ümumi iqtisadi aktivliyin dəstəklənməsi və sosial məsuliyyət təşəbbüslərinin həyata keçirilməsi istiqamətində layihələr həyata keçirmişdir.

Bank gələcək dövrdə də fəaliyyətində şəffaflıq və məsuliyyət prinsiplərini əsas tutaraq dayanıqlı fəaliyyət ilə ölkə iqtisadiyyatına töhfənin artırılmasını prioritet kimi müəyyən etmişdir.

Related posts

Rabitəbank maliyyə savadlılığı layihəsi çərçivəsində regionlarda sahibkarlığın inkişafına dəstəyini davam etdirir

AccessBank, AmCham Azerbaijan və Neurotime süni intellekt hakatonunun qaliblərini elan etdilər

Birbank və “Bir Kredit” BOKT-dan yeni lizinq imkanı: 0%-dən başlayan ilkin ödənişlə avtomobil əldə edin

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı