Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Bank Respublika müasir konseptli Goranboy filialını istifadəyə verdi! - BBN

Bank Respublika müasir konseptli Goranboy filialını istifadəyə verdi!

Ölkənin aparıcı banklarından biri olan Bank Respublika, müştərilərin xidmət və məhsullarına əlçatanlığını təmin etmək məqsədilə Goranboy şəhərində ən müasir bankçılıq texnologiyaları ilə təchiz olunmuş yeni filialının təntənəli açılışını edib.

Təntənəli açılışda iştirak edən bankın rəhbərliyi, yüksək standartlara cavab verən yeni filialın açılışını bildirən rəmzi qırmızı lenti kəsərək filialı müştərilərin istifadəsinə verib. Regionlarda filial şəbəkəsininnin genişləndiirlməsinin “Bank Respublika”nın strateji məqsədlərindən biri olduğunu qeyd edən “Bank Respublika”nın rəhbərliyi, yeni filialda da biznesin bütün istiqamətləri üzrə iş adamlarına dəstək olunacağını, eləcə də əhaliyə müasir bank məhsullarının sərfəli şərtlərlə təqdim ediləcəyini bildirib.

Açılışda iştirak edən rayon icra hakimiyyətinin nümayəndələri, ziyalılar və iş adamları ölkənin aparıcı 5 bankından biri olan “Bank Respublika”nın Goranboyda filial açmasının sahibkarlıq fəaliyyətinin dəstəklənməsində, real sektorun, xüsusən də kənd təsərrüfatının inkişaf etdirilməsində, eləcə də yeni iş yerlərinin açılmasında mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

Bununla, “Bank Respublika”nın ölkənin bütün regionlarını əhatə edən xidmət nöqtələrinin sayı 37-ə çatıb. Bankın yeni filialı – Goranboy şəhəri, Heydər Əliyev prospektində fəaliyyət göstərəcək

Daha ətraflı məlumatı bankın rəsmi web saytında, facebook, instagram, linkedin səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

 

Related posts

ADB Azərbaycanda 2026-cı il üçün inflyasiya proqnozunu yüksəldib

ADB Azərbaycanın tədiyyə balansı üzrə 2026–2027-ci illər üçün proqnozlarını açıqlayıb

ABA və Mərkəzi Bank nümayəndələri Yaponiyanın Mərkəzi Bankı (BOJ) ilə rəqəmsal maliyyə texnologiyaları üzrə görüşlər keçirib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı